Azərbaycan tunelin sonundakı işıq kimi görünür – Ermənistanı oyundan kənar vəziyyətə salan ŞOK SƏBƏBLƏRbackend

Azərbaycan tunelin sonundakı işıq kimi görünür – Ermənistanı oyundan kənar vəziyyətə salan ŞOK SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər 9-10 noyabrda sülh müqaviləsinin imzalanacağı ilə bağlı çox ciddi proqnozlar var. Xüsusən də status məsələsi ilə əlaqədar ciddi məqamlar mövcuddur. Bilirsiniz ki, Azərbaycan status məsələsini birdəfəlik silib. Yəqin ki, Ermənistan tərəfi sülh müqaviləsinə imza atanda bu reallığı qəbul edəcək. Bütün tərəflər tezliklə ortaq məxrəcə gəlib müqaviləni bağlamağı əsas şərt kimi qarşıya qoyublar. Artıq demək olar ki, Qarabağdan ermənilərin kütləvi köçü baş verir”.

NOCOMMENT.az-ın məlumatına görə, bu fikirləri konkret.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, bütün bunlar Azərbaycanın əlini gücləndirən faktorlardır:

“İkinci əsasə məsələ isə bölgədə olan ermənilərin kütləvi köçü ilə bağlı müraciət etmələridir. Düşünürəm ki, bu da ikinci bir faktor kimi Azərbaycanın əlini gücləndirir. Artıq 9-10 noyabr tarixlərində alınacaq qərarlar bu məsələnin həlli ilə bağlı konkret fikirləri ortaya qoya bilər”.

Əziz Əlibəylinin sözlərinə görə, ermənilərin kütləvi şəkildə Azərbaycan vətəndaşı olması ilə bağlı müraciətlər ara vermir:

“Bu müraciətlər nəticəsində həm Ermənistan, həm də onun havadarları oyundan kənar vəziyyətə düşür. Xüsusən də 10 noyabr tarixinin yaxınlaşdığı bir vaxtda, müraciət edənlərin sayı artmaqdadır. Çünki Ermənistan və bölgədəki erməni terrorçuları erməni əhalisi üçün çıxılmaz vəziyyət yaradıblar. Onları öz girovlarına çeviriblər. Ona görə də, ermənilər Azərbaycanı tunelin sonundakı işıq kimi görürlər”.