Azərbaycan və Rusiya baş nazirləri Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİLƏRbackend

Azərbaycan və Rusiya baş nazirləri Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Baş naziri Əli Əsədovla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az Rusiya hökumətinə istinadən xəbər verir ki, tərəflər iqtisadi-ticari əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat, sənaye sahələrindəki birgə layihələrin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bununla yanaşı, koronavirusa qarşı tədbirlər, o cümlədən yeni dərmanların tətbiqilə bağlı da müzakirələr aparılıb.

Tərəflər “Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası baş naziri, Rusiya Federasiyası prezidenti tərəfindən 9 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən Dağlıq Qarabağın münaqişə sonrası bərpası və iqtisadi inkişafı” istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıblar.
Report