Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYAbackend

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, “Sport24”ə açıqlamasında deyib.

E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq.

“Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif olunmayıb”, – deyə mətbuat katibi vurğulayıb.

Bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev S.Çerçesovun Azərbaycan yığmasına gələ biləcəyini demişdi.