Azərbaycan yığması Ermənistanı məğlub etdibackend

Azərbaycan yığması Ermənistanı məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.

NOCOMMENT.az xəbər verir ki, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.

Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Yığmamız bu qələbə ilə qrupdan çıxmağı təmin edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz Ermənistandan öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) qalib gəlib.

Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.