Azərbaycana gələn turistlər ən çox nədən narazıdır?backend

Azərbaycana gələn turistlər ən çox nədən narazıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın öz turizm potensialından lazımi səviyyədə istifadə edə bilmədiyi heç kimə sirr deyil. Təkcə qonşu Gürcüstanla müqayisə aparıldıqda ölkəmizin bu sahədə nə qədər geri qaldığını görə bilərik.

NOCOMMENT.az “azpolitika”ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkəmizə gələn turistlərin narazı qaldığı sahələrlə bağlı məlumatlar paylaşıb. Bu məlumatların necə toplandığı və bu sahədəki mənzərəni nə dərəcədə obyektiv əks etdirdiyini demək çətindir. Ancaq hər halda, bu statistikanın özü də turistlərin ən çox nədən narazı olduğuna dair müəyyən təsəvvür yaradır.

Beləliklə, DSK-nın hesablamalarına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana gələn turistlərin cəmi 39 min 234 nəfəri göstərilmiş xidmətlərdən narazı qalıb. Qeyd olunur ki, turistlərin ən çox narazı qadığı xidmət növü ictimai nəqliyyat olub. Avtobusla sərnişin daşınmasından 9,2 min nəfər, taksi xidmətindən 5 min 517 nəfər, metropolitendən isə cəmi 2 min 374 nəfər narazı qalıb. Metrodan ən çox narazılıq edənlər Rusiya, Hindistan və Türkiyə vətəndaşları olub. Eyni nisbət restoran xidmətlərindən narazı qalanlara da aiddir.

Restoran və digər iaşə obyektlərindən də narazılıq yüksəkdir. Statistik məlumata görə, 7 min 4 nəfər restoranlardakı xidməti bəyənməyib. 3 min 453 nəfəri yerləşmə xidmətləri, 1 484 nəfəri turagentlərin xidmətləri, 4 min 439 nəfəri bələdçi xidmətləri, 5 min 763 nəfəri isə digər xidmətlər narazı salıb.

Ümumilikdə yuxarıda sadalanan sahələrdən əlbəttə ki, təkcə turistlər deyil, yerli əhali də narazıdır. Ancaq bu sahələrdə yaxın gələcəkdə ciddi müsbət dəyişikliklərin olacağı da sual altındadır. Bu isə o deməkdir ki, böyük ehtimalla Azərbaycan turizm sahəsindəki heç də layiq olmadığı yeri “qoruyub saxlayacaq”…