Azərbaycana Kanadadan hücum təşkil edirlər- EKSPERTbackend

Azərbaycana Kanadadan hücum təşkil edirlər- EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin Kanada ilə yaxşı əlaqələri var. Kanada erməni assambleyası və Amerika erməni assambleyası (ANKA) böyük bir fəaliyyət qurublar.

Bunu NOCOMMENT.az-a qondarma rejimin Kanada xarici işlər nazirinə məktub yollaması ilə bağlı danışarkən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Ekspertin sözlərinə görə Bəzən kənarda olan dövlətlərin təsir mexanizmi daha effektiv olur. “Azərbaycan adətən Kanada kimi ölkə ilə əlaqəsinə uzaq coğrafiya kimi baxır. Orada əmələ gələn boşluğa görürsüz ermənilər necə rahat şəkildə yerləşir. Təkcə bu deyil, bütövlükdə Kanadanı ələ keçiriblər və Azərbaycana qarşı Kanadadan hücum təşkil edirlər. Ona görə təəccüblənmək lazım deyil”.

Ə. Əlibəyli sonda qeyd edib ki, bu qeyri leqal məsələdir, buna şübhə yoxdur. “Xarici İşlər Nazirliyi bunu bəyanatla, nota ilə cavablandıracaq. Amma diaspora komitəsinin ciddi şəkildə iş görməsi lazımdır. Orada minlərlə bəlkə yüz minlərlə güney Azərbaycanlı, Azərbaycanlı, Türkiyə türkü yaşayır”.