Azərbaycanda ata evdən qaçan qızını öldürdübackend

Azərbaycanda ata evdən qaçan qızını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-də saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu rayon polis şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə NOCOMMENT-ə Abşeron rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Qeyd edək ki, Aybəniz Abdullayeva sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.

Aybəniz Abdullayevanın bir azyaşlı övladı var.