Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı – SİYAHIbackend

Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb.

NOCOMMENT Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən daha çox bahalaşma bu məhsullarda müşahidə olunub:

“Bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir”.