Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbbackend

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “NOCOMMENT”-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 277 təşkil edir.