Covid-19 vaksinləri yenilənir…backend

Covid-19 vaksinləri yenilənir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın gözü Eris variantına çevrildiyi bir vaxtda Almaniyadakı səlahiyyətli qurum ölkədə Covid yoluxmalarının son bir ayda artdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Almaniyada ictimai sağlamlıqdan məsul olan Robert Koch İnstitutu (RKI) ölkədə Covid 19 hadisələrinin təxminən bir aydır artdığını açıqlayıb.

Avqustun 7-dən 13-dək 2425 Covid faktının qeydə alındığını qeyd edən RKI, bunun beş həftə əvvəlki ilə müqayisədə yoluxmanın sayının iki dəfə artdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun əvvəlində verdiyi açıqlamada Omikronun alt variantı olan Eris adlı EG.5 variantının 50-dən çox ölkədə görüldüyünü açıqlayıb.

Digər tərəfdən, ABŞ-ın dərman şirkəti “Moderna”, yenilənmiş korona peyvəndinin Eris variantına qarşı təsirli olduğunu, vaksinin payızda buraxılmasının planlaşdırıldığını qeyd edib.

“Pfizer” da ilkin tədqiqatlarda yenilənmiş peyvəndin Eris variantına qarşı təsirli olduğunu bildirib.

NOCOMMENT.AZ