Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 101 nəfər sağalıbbackend

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub, 101 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

NOCOMMENT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2607 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270 739 test aparılmışdır.