KoronaVirus İnformasiya Portalı
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunanlar həbs edildilərbackend

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunanlar həbs edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan iki nəfə həbs edilib.

NOCOMMENT xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abbasquliyev Həbib Əbil oğlu və Abbasquliyeva Lamiyə Elxan qızı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunublar.

Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatı təmin olunub.

Hər iki şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir.