Bakıda 22 yaşlı qız qətlə yetirildi – CİNAYƏT İŞİbackend

Bakıda 22 yaşlı qız qətlə yetirildi – CİNAYƏT İŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xətai rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 20-də saat 6-da Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbuhi Qürbətov saxlanılıb və hazırda ona polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.