Azərbaycanda gözəllik müsabiqəsinin qalibi tənqid olundubackend

Azərbaycanda gözəllik müsabiqəsinin qalibi tənqid olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda “Miss & Mister Azerbaijan-2022” gözəllik müsabiqəsi keçirilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqədə bəylər arasında qalib İsa Ələkbərov, xanımlar arasında isə Nurlana Vəliyeva olub.

Lakin N.Vəliyevanın qalibiyyəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri onun bu titula layiq olmadığını yazıb, ona qarşı tənqidi fikirlər səsləndiriblər.

Qeyd edək ki, N.Vəliyeva CBC telekanalında aparıcı vəzifəsində çalışır.