Azərbaycanda hansı banklar yaxşı işləyir? – İqtisadçı jurnalistlər AÇIQLADILARbackend

Azərbaycanda hansı banklar yaxşı işləyir? – İqtisadçı jurnalistlər AÇIQLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən banklara birmənalı münasibt yoxdur. Maraqlıdır, iqtisadiyyatdan yazan jurnalistlər hansı bankları daha nüfuzlu sayır, onların işini qənaətbəxş hesab edirlər?

NOCOMMENT xəbər verir ki, modern.az-ın əməkdaşı bu sualla iqtisadiyyatdan yazan media nümayəndələrinə müraciət edib.

Report.az informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov “Bank Respublika”, “Kapital Bank”, “BTB Azərbaycan”, “Unibank” və “Accesbank”ın müştərilərinə keyfiyyətli xidmət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu banklar müştəri məmnuniyyətinə önəm verir və bazara yaxşı məhsullar çıxarırlar, maliyyə göstəriciləri yüksəkdir.

Fed.az saytının baş redaktoru Əli Əhmədov kreditlərin məbləği üzrə reytinqlərdə ilk beşlikdə “Beynəlxaq Bank”, “Paşa Bank”, “Unibank”, “Kapital Bank”, “Xalq Bank”ın olduğunu qeyd edib. Ə.Əhmədov bankların reytinqlərinin üç aydan bir müəyyən olunduğunu da vurğulayıb.