Azərbaycanda hotellərdəki yerlərin 75%-i boş qalıbbackend

Azərbaycanda hotellərdəki yerlərin 75%-i boş qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 25,0 faiz olmuşdur (2024-cü ilin yanvar-sentyabr aylarında 24,8 faiz).

NOCOMMENT.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici Şabranda 46,9 faiz, Naftalanda 46,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 33,4 faiz, Sabirabadda 27,4 faiz, Lənkəranda 23,4 faiz, Qəbələdə 22,8 faiz, Qubada 21,8 faiz, Şamaxıda 21,6 faiz, Bərdədə 19,4 faiz, Biləsuvarda 18,2 faiz, Qaxda 17,4 faiz, Xaçmazda 16,5 faiz, Laçında 16,4 faiz, digər şəhər və rayonlarda isə 16,4 faizdən aşağı olub.