Azərbaycanda ilin idman xadimi MƏLUM OLDUbackend

Azərbaycanda ilin idman xadimi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilin ən yaxşı idman xadimi müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, bu, İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 41 səslə bütün rəqiblərini qabaqlayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 4 xalla ikinci olub. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov hərəyə 3 səs toplayıblar.

Qeyd edək ki, “İlin Qalibləri-2021” layihəsinin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.