Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş veribbackend

Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 12-də Yüksəliş müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb.

NOCOMMENT xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, Yüksəliş müsabiqəsinin iştirakçıları olub.

Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra Yüksəliş müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə dərhal ilkin tibbi yardım göstərilib və zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və TƏBİB nümayəndələri zərərçəkmiş şəxslərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar.

Yüksəliş müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, Yüksəliş müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.