Azərbaycanda karantin rejimi vaxtından tez bitəcək? – AÇIQLAMAbackend

Azərbaycanda karantin rejimi vaxtından tez bitəcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayında günbəgün azalma müşahidə olunur. Hətta iyulun 19-da sağalma yoluxanlardan təxmini iki dəfə çox olub. Belə ki, 388 nəfər koronavirusa yoluxub, 517-si isə sağalaraq evə buraxılıb. 5 nəfər isə dünyasını dəyişib. Son günlərdəki kimi yoluxanların sayı sürətlə azalmağa davam edərsə karantin rejimi proqnozlaşdırılandan tez bitə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, karantin rejiminin planlaşdırılmış vaxtdan da tez bitməsi barəsində danışmaq hələ tezdir:

“Tədbiq edilən sərt karantin rejiminin və dövlət strukturlarının zamanında gördüyü operativ tədbirlərin nəticəsidir ki, dünən yoluxmanın sayı 388-ə endi. Sağalanların sayı isə təxmini sağalanlardan iki dəfə çoxdur. Bu epidemioloji zəncirin qapadılması deməkdir. Pandemiya vaxtı əsas sərt karantin rejimi və ya qapadılma o demək deyil ki, xəstəlik azalır. Sadəcə virusun yayılmasının sürəti azalır. Sağalanların çoxalması və yoluxanlarının sayının azalması görülən işlərin müsbət nəticəsidir. İnsanların bundan sonra qoyulan qaydalara necə əməl edəcəyindən asılıdır.

Yəni bizim bu gün qoyulan qaydalara əməl edərək, daha qapadılmaya gedərək yoluxanların sayını və xəstəxanaların yükünü azaltmaq lazımdır. Düşünürəm ki, hələ sevinməyimiz tezdir. Çünki aprel ayında yumşalma olanda belə hal baş verdi. Yumşaldılmadan sonra kütləvi yoluxanların sayı artmağa başladı. Ona görə də bu məsələlərdə diqqətli olmalıyıq. Hesab edirəm ki, bizi qarşıda hələ çox məsələlər gözləyir.

Biz karantin rejiminin ləğvi barədə o zaman düşünə bilərik ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun dünya üzrə yayılmasının azalması ilə bağlı fikir bildirsin. Koronavirusun çox təhlükəli bir xəstəlikdir. Bu günə kimi hələ də onun peyvəndi və vaksini tapılmayıb. Ona görə də biz riskə getməməliyik. Karantin rejiminin ləğvi edilməsi üçün qərar qəbul edilməsi hələ çox tezdir”.