Azərbaycanda noutbuk istehsalı 15 dəfə artıbbackend

Azərbaycanda noutbuk istehsalı 15 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 847 ədəd stolüstü kompüter istehsal edilib. 

NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,783 ədəd və ya 2.67 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 1 064 ədəd stolüstü kompüter istehsal edilib.

Hesabat dövründə istehsal olunan noutbuklar sayı 25 463 ədəd olub ki, bu da illik müqayisədə 23 827 ədəd, yaxud da 15.6 dəfə çoxdur. Ötən ilin eyni dövründə 1 636 ədəd noutbuk istehsal edilib.

Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-oktyabr aylarında 253,4 milyon manatlıq məhsul istehsal olunub.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 98,4 faiz artıb, elektrik avadanlıqlarının istehsalı 11,6 faiz azalıb.