Tələbəsini döyən məşqçi idmandan ömürlük uzaqlaşdırılıbbackend

Tələbəsini döyən məşqçi idmandan ömürlük uzaqlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda tələbəsini döyən güləş məşqçisi Alaudin Atayev idmandan ömürlük uzaqlaşdırılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti Ömər Murtuzəliyev bildirib.

Ö.Murtuzəliyev sosial şəbəkələrdə yayılan videodan sonra məşqçi ilə bağlı tədbir gördüklərini deyib: “Məşqçi ömürlük diskvalifikasiya olunub. Bu hərəkət qeyri-insani idi. Dağıstanın idman nazirinə məktub yazdım. Onun bir daha idman zallarında görünməməsi üçün tədbirlər görəcək”.

Qeyd edək ki, sözügedən məşqçinin Orenburq vilayətində keçirilən ölkə birinciliyində uduzduğu üçün azyaşlı şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Məlumatı Dağıstanın bədən tərbiyəsi və idman naziri Sajid Sajidov da təsdiqləyib.