Azərbaycanda qoyunların sayı sürətlə azalır: Son 6 ilin statistikasıbackend

Azərbaycanda qoyunların sayı sürətlə azalır: Son 6 ilin statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 milyon 37,1 min baş qoyun və keçi olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 0,6% və ya 52,6 min baş azalıb. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəlində ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olub.

Son 6 ilin yanvar aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:

– 2017-ci il yanvar ayında – 8 milyon 614,8 min baş
– 2018-ci il yanvar ayında – 8 milyon 454,3 min baş
– 2019-cu il yanvar ayında – 8 milyon 304,1 min baş
– 2020-ci il yanvar ayında – 8 milyon 189,2 min baş
– 2021-ci il yanvar ayında – 8 milyon 89,7 min baş
– 2022-ci il yanvar ayında – 8 milyon 37,1 min baş