Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşırbackend

Azərbaycanda respublika əhəmiyyətli 3 avtomobil yolunun inşası yekunlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

“Bundan başqa, Bəhrəmtəpə-Biləsuvar magistal avtomobil yolunda da işlər demək olar ki, yekunlaşıb: “Bu yol ölkəmizin regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Üstəlik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var”, – deyə o əlavə edib.