Azərbaycanda saytlar çökdü – SƏBƏBbackend

Azərbaycanda saytlar çökdü – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xəbər saytlarına giriş məhdudlaşıb.

NOCOMMENT.az xəbər verir ki, ölkədə bir çox sayt açılmayıb. Bu proses artıq 30 dəqiqədən çox davam edib.

Onlarla xəbər saytının Cloudflare-də baş verən qlobal nasazlıq səbəbindən çökdüyü bildirilib.

Bu gün dünyanın müxtəlif ölkələrində də fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.

***

İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb: “Cloudflare” çöküb. Bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, “Cloudflare Error” tipli xətalar görünür.

“Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə, serverlərdə problem yoxdur. Trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.

“Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.