“Azərbaycanda su Avropa ölkələrindən 10 dəfə bahadır”backend

“Azərbaycanda su Avropa ölkələrindən 10 dəfə bahadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda su Avropa ölkələrindən 10 dəfə bahadır”.

NOCOMMENT.az xəbər verir ki, Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, bu gün “Azərsu” ASC-in borclarını dövlət ödəyir:

“Bu şirkət dövlət adından bizə baha qiymətə su satır. Niyə özəlləşdirmirsiniz? Bu gün dünyanın inkişaf edən ölkələridnə su satan şirkətlər həm dövlətə kifayət qədər vergi verir, həm özü qazanc götürür. Həm də rəqabət mühitində vətəndaşlara xidmət səviyyəsini yüksəlib, qiyməti də optimallaşdırırlar. Əgər görəndə ki, Azərbaycan vətəndaşı suyun pulunu ödəyə bilmir, onda dotasiyanı şirkətə deyil, vətəndaşa ver. Vətəndaşdan isə şirkət alsın. Amma biz suyun qiymətini “ucuzlaşdırmışıq”. Bu “ucuzlaşma”ya görə həmin şirkətə dövlət büdcəsindən lazım olduğundan 2 -3 qat yuxarı dotasiya veririk”.

Akif Nəsirli vurğulayıb ki, bu gün hamı elə başa düşür ki, Azərbaycan vətəndaşı suyun kubunu bir manata alır:

“Xeyir, bu gün vətəndaşlar Bakı şəhərində suyun bir kubunu 40 manatdan baha alır. Onun bir manatını vətəndaş ödəyir, 39 manatını dövlət büdcəsi. Avropada suyun bir kubu 2 avrodur, Azərbaycanda isə 20 avro. Niyə? Avropalılardan daha keyfiyyətli su verirlər? Hələ mexaniki müqayisə aparıram. Bu müqayisəyə görə, Azərbaycanda su Avropa ölkələrindən 10 dəfə bahadır”.