Azərbaycanda tanınmış müəllim VƏFAT ETDİbackend

Azərbaycanda tanınmış müəllim VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illərdir Azərbaycanda pedoqoji fəaliyyət göstərən türkiyəli müəllim Aziz Çankaya vəfat edib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2012-ci ildən Bakı Ali Neft Məktəbində İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi kimi fəaliyyət göstərən pedaqoq ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Aziz Çankaya 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərib.

O, daha əvvəl Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti) müxtəlif vəzifələrdə çalışıb.

Aziz Çankaya tələbələr arasında yüksək reytinqli və sevilən müəllimlərdən biri kimi tanınıb.