Azərbaycanda unu ən ucuz və ən baha qiymətə kimlər və harada satırlar? – ADLARbackend

Azərbaycanda unu ən ucuz və ən baha qiymətə kimlər və harada satırlar? – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda un satışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur və onların arasında unu ən baha qiymətə “Azeri-Arapoğlu U.S. və T. LTD” BM (VÖEN – 2300083591) şirkəti satır.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, hüquqi ünvanı və satış mərkəzi Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, 8A-da yerləşən şirkət 50 kiloqramlıq un kisəsini 39 manat 50 qəpiyə satır.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Şabran rayonu, Ağalıq kəndində yerləşən “Dəvəçi-Taxıl” MMC (VÖEN – 5000365181) satır. Bu şirkət bir kisə unu müştərilərə 38 manatdan təklif edir.

Onu da bildirək ki, Bakı şəhərində un satışı ilə 6 şirkət məşğul olur. Həmin şirkətlərdə 50 kiloqramlıq un kisəsinin qiyməti 38,40 – 38,75 manat arasında dəyişir.