Azərbaycanda uşaqları kişilər doğurlar?! – Komitə sədri ƏSƏBLƏŞDİbackend

Azərbaycanda uşaqları kişilər doğurlar?! – Komitə sədri ƏSƏBLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hansısa qeyri-hökumət təşkilatı BMT-yə alternativ hesabat kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir”.

NOCOMMENT.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynovanın sözlərinə görə, bunu deyəndə ağıl yoxdur:

“Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirlər üzə çıxarırlar. Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib”.