Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilibbackend

Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.

NOCOMMENT xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumata görə, “Anglo-Asian Mining Plc.” şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.

Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: “2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.

“Anglo-Asian Mining Plc.” şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.

Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.