Azərbaycanın Əməkdar artisti  VƏFAT ETDİ – BU SƏBƏBDƏN…backend

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ – BU SƏBƏBDƏN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova dünyasını dəyişib.

Teatrın əməkdaşı Namiq Ağayev məlumatı təsdiqləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zemfira Nəcəfova uzun sürüən xəstəlikdən sonra dünyasını dəyişib:

“Hazırda Zemfira Nəcəfovanın dəfni ilə bağlı hazırlıq işləri görülür. Əməkdar artistin cənazəsi teatrdan götürüləcək”.

Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Bir çox tamaşalarda oynayan mərhum aktrisa “Günəşim ol” serialında da rol alıb.