Azərbaycanın məşhur çay satıcısının külli miqdarda borcu varbackend

Azərbaycanın məşhur çay satıcısının külli miqdarda borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Saro çayları”nın satışı ilə məşğul olan “Saro Tea” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borc yaranıb.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Yaqubov Murad Əvəz oğlu olan “Saro Tea” MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 51570.65 manat vergi borcu var.

Artıq sözügedən borcun ödənilməsi üçün “Saro Tea” MMC-yə bildiriş göndərilib, əks halda şirkətin qanuni təmsilçisi Murad Yaqubovun ölkədən çıxışına “stop” qoyulacağı deyilir.

Bu arada “Saro Tea” MMC-də maliyyə mənimsəməsinə görə Cahangirov İlkinur İlkin oğlu saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə) maddəsi ilə cinayət işi açılıb.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.