Azərbaycanın PUA-ları alman ordusunu şok etdibackend

Azərbaycanın PUA-ları alman ordusunu şok etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Frankfurt Allgemeine Zeitung” (FAZ) nəşri Azərbaycanın istifadə etdiyi Türkiyə və İsrail PUA-ları tərəfindən 190-dan çox erməni tankı və zirehli texnikasının məhv edilməsinin alman ordusunda şoka səbəb olduğunu yazıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, FAZ-ın məqaləsində Almaniya Müdafiə Nazirliyinin ordunun hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda yetərli olmadığını etiraf etdiyi vurğulanıb. Müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sisteminin tamamilə yenidən qurulması üçün bəzi təkliflər hazırladığı qeyd edilib.

Almaniyanın 2013-cü ildə hava hücumundan müdafiə sisteminə ehtiyac duymadığı üçün heç bir modernləşmədən keçmədiyi bildirilib.

“PUA-lar 190-dan çox erməni tankını və zirehli texnikasını məhv edib. Hücumlara qarşı həssas olan erməni əsgərləri ruhdan düşüblər. Bu xəbər alman ordusunu şoka salıb”, – deyə məqalədə bildirilib.