Azərbaycanın vurduğu qərargahda ermənilərin meyitləri beton altında qalıb – VİDEObackend

Azərbaycanın vurduğu qərargahda ermənilərin meyitləri beton altında qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhədə gedən döyüşlər zamanı Ermənistan ordusunun 10-cu dağ-atıcı diviziyasının komanda-idarəetmə məntəqəsinə ordumuzun aviasiya zərbəsi endirdiyini, nəticədə düşmənin çoxsaylı itkilərinin olduğunu açıqlamışdı.

NOCOMMENT xəbər verir ki, lakin Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı gündəlik operativ məlumatlarına adətən şərh verməyən Şuşan Stepanyan dərhal bu informasiyanı təkzib etməyə çalışıb və onu dezinformasiya adlandırıb.

Və çox keçməyib ki, sosial şəbəkələrdə həmin komanda mərkəzinin Azərbaycan aviasiyasının zərbəsindən sonrakı vəziyyətinə dair kadrlar yayılıb. Üstəlik söhbət pilotsuz kəşfiyyat təyyarəsinin çəkdiyi görüntülərdən deyil, bilavasitə dağıntılar arasından çəkilmiş kadrlardan gedir. Həmin kadrlara əsasən, beton-torpaq qatı ilə möhkəmləndirilmiş komanda mərkəzi darmadağın olub, ehtimal ki, ora böyük dağıdıcı gücə malik aviabomba düşüb. Və erməni hərbçilər dağıntılar altından meyitləri çıxarıb daşımaqla məşğuldurlar.

Başqa sözlə, ordumuz düşmənin dünən gecə Gəncəyə endirdiyi və çoxsaylı dinc sakinin həlak olmasına gətirib çıxaran xain, iyrənc hücumuna gərə qisası onun əsgər və zabitlərindən alıblar.

Caliber.az-ın yutub kanalında yayılmış həmin görüntüləri təqdim edirik: