Azərbaycanla yeni müharibə xəbərdarlığı edildibackend

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçbaşlı müharibə partiyası”nın proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib.

Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları “Daşnaksütyun” terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir.

“Bunları kimin yazdığını bilmirəm, amma axmaq fikirlər yaza bilməməsi üçün həmin yazarın əlini siyasi olaraq kəsəcəyik”, – o bildirib.

Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir:

“Əgər kabus ssenarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün, başqa sözlə, onu ləğvi müharibə deməkdir”.

Parlament sədrinin müavini əlavə edib ki, xalq “üçbaşlı müharibə partiyası” ilə sülhpərvər qüvvələr (Nikol Paşinyan hökuməti) arasında seçim etməlidir.

Xatırladaq ki, Ruben Rubinyan “üçbaşlı müharibə partiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./Teleqraf/