Azərbaycanlı aktyor vəfat etdi – FOTObackend

Azərbaycanlı aktyor vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağaxan ŞərifovAzərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-ya aktyorun həmkarı Elçin İmanov bildirib.

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaratmışdı. Eyni zamanda “Nə gözəldir bu dünya…” (1999), “Əlavə təsir” (2010), “Yazıçı” (2013) kimi filmlərdə çəkilmişdi.