Azərbaycanlı deputat İrəvanda yenidən sədr seçildibackend

Azərbaycanlı deputat İrəvanda yenidən sədr seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında Enerji Təhlükəsizliyi komitəsinin sədri vəzifəsinə yenidən azərbaycanlı deputat Tahir Mirkişili seçilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, komitənin həmsədri vəzifəsi Avropa Parlamenti tərəfindən Rumıniya deputatı Ramona Strugariuya həvalə olunub.

Bundan əlavə, Komitə sədrinin müavinləri isə Gürcüstan, Ukrayna, Litva və Rumıniyadan olan deputatlar seçiliblər.

Qeyd edək ki, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak edirlər.