Azərbaycanlı futbolçu Bolqarıstanda qol vurdu, əsgər salamı verdi – VİDEObackend

Azərbaycanlı futbolçu Bolqarıstanda qol vurdu, əsgər salamı verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turunda millimizin üzvü Cəlal Hüseynovun formasını geyindiyi  “Arda” səfərdə “Krumovqrad”u 3:1 hesabı ilə məğlub edib.

NOCOMMENT.az xəbər verir ki, 20 yaşlı Cəlal Hüseynov matça start heyətdə başlayıb.

Hüseynov 4-cü dəqiqədə komandasının ilk qolunu vurub və sevincini əsgər salamı ilə qeyd edib.

Qeyd edək ki, 9 oyun keçirən “Arda” 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.