Bağırsaq üçün ən faydalı İÇKİbackend

Bağırsaq üçün ən faydalı İÇKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloq Mixail Ginsburq hansı içkilərin bağırsaqlar üçün faydalı olduğunu açıqlayıb.

NOCOMMENT Lent.az-a istinadən xəbər verir ki, o, turş süd içməyi məsləhət görüb:

“Turş südlü içkilərin tərkibində bifidobakteriyalar və laktobakteriyalar var ki, bu da orqanizmimizə simbiotik mikroflora kimi kömək edir”.

O qeyd edib ki, qıcqırdılmış südlü içkilər immunitet sistemini qorumağa kömək edir, bağırsaqları dəstəkləyir və iltihab əleyhinə təsir göstərir.

Ginsburq şəkərsiz içkilər seçməyi tövsiyə edib. Onun sözlərinə görə, şəkər əlavə edilərsə, onlar nisbətən keyfiyyətsiz olacaq. Həkim şəkərin olmasının “faydalı xüsusiyyətləri öldürdüyünü” vurğulayıb.