Azərbaycanlı futbolçu məşhur ifaçının 2 villasını satın aldıbackend

Azərbaycanlı futbolçu məşhur ifaçının 2 villasını satın aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millinin və “Sabah”ın hücumçusu Ramil Şeydayev özünə yeni mülk alıb. Özü də bir yox, ikisini birdən.

Son günlər intizamsız davranışı ilə gündəmə gələn forvard Mərdəkanda yanaşı tikilən iki villaya sahiblənib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, o, buranı tanınmış ifaçı və iş adamı Emin Ağalarovdan satın alıb.

Məşhur “Sea Breeze” istirahət kompleksinin yaxınlığında yerləşən malikanələrin real qiyməti 500-550 min dollardan başlayır.

Amma Ağalarov Rusiyadan yaxından tanıdığı Şeydayevə qiymət mövzusunda xeyli güzəştə gedib. Millinin forvardı hər bir villa üçün 200 min dollar ödəyib.