Azərbaycanlı şairin Fətullah Gülənə həsr etdiyi şeiri yayıldı – FOTObackend

Azərbaycanlı şairin Fətullah Gülənə həsr etdiyi şeiri yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AYB-nin üzvü,prezident təqaüdçüsü Ramiz Qusarçaylının FETÖ teror təşkilatının rəhbəri Fətullah Gülənə həsr etdiyi şeir yayılıb.

Bu barədə 7Times.az xəbər verir ki,Ramiz Qusarçaylı tərəfindən qələmə alınan “Əfəndim”adlı həmin şeir onun nəşr etdirdiyi kitabların birində yer alıb.

NOCOMMENT.az həmin şeiri sizə təqdim edir

Yetmiş il biz deyildik,

Bəs kim idik,əfəndim?

Qayalara çarpılan

Səs kimiydik,əfəndim

***********************

Bilən yox idi kim dost,

Kim bizə qardaş idi.

Əllərimiz qubarlı,

Gözlərimiz yaş idi

**************

Oyandıq,gec oyandıq

Kimlər oyatdı bizi.

Özgələr vira qoydu,

Doğmalar satdı bizi.

********

Bizi qara yazdılar,

Ağa yazan olmadı.

Qatar-qatar dərdləri

Ötən ozan olmadı.

******

Ozan da sən,aşıq da sən

“Kırık mizrab”kimiyəm

Tel ver mənə əfəndim.

********

Hikmət də sən işıq da,

Nurlu əzab kimiyəm,

Əl ver mənə əfəndim

********

Boğuldum bu xivvətdən,

Sinəm şəhid məzarı,

Gül ver mənə əfəndim.

******

İçimdə yurd savaşı,

Sənsən dayağım daha,

Sənsən bayrağım daha,

Ürəyim qanlı sancağ…

Hər an səni duyacağ,

Hər an səni anacağ

*******

Əl ver haqqın elçisi,

Yol ver haqqın yolçusu,

Fətullah Gülən Hoca

Fətullah Gülən Hoca