FETÖ Azərbaycana qarşı hərəkətə keçdibackend

FETÖ Azərbaycana qarşı hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycanda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, – DİN-in 23 iyul tarixli açıqlamasında deyilir.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu gün isə Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Bütün bunlar FETÖ terror təşkilatına xidmət edənləri hərəkətə keçirib. Onlar Azərbaycanı ağıllarınca hədəfə alıblar. Bu kampaniya özünü erməniyönlü tezislərin səsləndirilməsində büruzə verir.

Türkiyədə qırğınlar törədən, qardaş qanı tökən, insanlığa sığmayan hərəkətlər edən FETÖ özləri kimi ad çıxaran ermənilərə qahmar çıxır.

Böyük bacılarından sonra ermənilərin növbəti dəstəkçiləri ortaya çıxıb. 30 il Azərbaycanın haqq səsinə kar olan qüvvələr birdən-birə iş-güclərini atıb, Qarabağa, oradakı ermənilərə görə narahat olmağa başlayıblar. Şanlı zəfərimizi həzm edə bilməyən qüvvələr bu dəfə Qarabağdakı ermənilərdən faydalanmağa çalışırlar, əlbəttə ki, öz aləmlərində.

FETÖ qulları “Azərbaycan Qarabağ ermənilərini sürgün etmək istəyir” kimi həyasız, axmaq iddia ilə çıxış edirlər. Bu iddianın müəllifi isə türk tarixçisi, sosioloqu, soyqırımı araşdırmaçısı, ABŞ-ın Klark Universitetinin professoru Taner Akçamdır.

Akçam başından böyük danışaraq Azərbaycanı “etnik təmizləmə siyasəti”ndə ittiham edir:

“Qarabağda gözümüzün qabağında cərəyan edən hadisələr açıq-aşkar humanitar faciədir və həm ikitərəfli, həm də beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır. Azərbaycan Türkiyədən aldığı dəstəklə Qarabağ bölgəsindəki bütün erməniləri deportasiya etmək və öz tarixi torpaqlarında ermənilərin mövcudluğuna son qoymaq istəyir. Təəssüf ki, beynəlxalq ictimaiyyət, xüsusən də Rusiya bu hadisələr qarşısında susur və sadəcə seyr etməklə kifayətlənir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət dərin yuxudan ayılaraq Azərbaycana təzyiq göstərəcək və Qarabağ ermənilərinin elementar insan haqlarını təmin edəcək həll yoluna vasitəçi olacaq. Etnik təmizləmə və ya soyqırımların qarşısının alınması qorxulan şeylər baş verdikdən sonra timsah göz yaşları tökmək deyil. Faciənin qarşısını almaq üçün daha aktiv müdaxilə vacibdir”.

Bu cümləyə DİQQƏT: “Azərbaycan Türkiyədən aldığı dəstəklə Qarabağ bölgəsindəki bütün erməniləri deportasiya etmək və öz tarixi torpaqlarında ermənilərin mövcudluğuna son qoymaq istəyir”.

Taner Akçamın dərdi yalnız Azərbaycanla deyil, çörəyini yediyi, suyunu içdiyi vətəninə də dolayı yolla xəyanət edir bu adam. Digər tərəfdən, Rusiyanın bostanına da daş atır.

Akçam ermənilərə görə dünyanı ayağa qaldırmağa çalışır. Timsah göz yaşlarından danışır, halbuki, dünya çox akçamkimilər görüb, yalan ayaq tutar, yeriməz. Dediyim kimi, akçamkimilər olub və olacaq. Azərbaycanın isə müstəqilliyi, bütövlüyü əbədidir. Ermənilər və onlara dayaq olmağa çalışanlar antiterror əməliyyatının qoxusunu alıblar, əlbət. Odur ki, növbəti dərsə hazırlıq görsələr, yaxşı olar! Bu dərs onlara 2020-dən də ağır olacaq.

Musavat.com