Türkiyənin Alanya şəhərində qəzada yaralanan azərbaycanlı tələbə ölüb.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, oktyabrın 11-də 27 yaşlı Möhlət Bəhlulzadənin idarə etdiyi kvadrasiklla 62 yaşlı Süleyman T.-nin idarə etdiyi minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır yaralanan M.Bəhlulzadə xəstəxanaya yerləşdirilib, oktyabrın 26-da xəstəxanada həyatını itirib.
Qəzaya səbəb olan taksi sürücüsü Süleyman T. məhkəmə qərarı ilə həbs edilib.
Qeyd edək ki, Möhlət Bəhlulzadə Alanya Alaaddin Keykubat Üniversitetinin Sağlamlıq elmləri fakültəsinin fizioterapiya və reabilitasiya kafedrasının tələbəsi idi.














