Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladılarbackend

Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən azərbaycanlı QHT nümayəndə və fəallarının iştirakı ilə Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiya keçirilir. 

NOCOMMENT xəbər verir ki, aksiya iştirakçıları Xankəndiyə gedən yolu bağlayıblar. Bu barədə hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev sosial şəbəkə hesabında paylaşım edib. O, hazırda Xankəndiyə gedən yolun üstündə 3 çadırın qurulduğunu bildirib.

“Tələblərimiz yerinə yetirilməyincə yolu açmayacağıq”, – deyə jurnalist qeyd edib.