“AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC yeni nəhəng müqavilələr bağlayıb.
NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilələr “Büro Veritas Azəri” və “Azdağmədənistismar” şirkətləri ilə imzalanıb.
Müqavilələrdə müvafiq olaraq, geokimyəvi və mineraloji laboratoriya analizləri və BFS çərçivəsində buruq-qazma işləri və laboratoriya analizləri xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilələrin ümumilikdə maliyyə dəyəri 8 milyon 382 min 769 manat müəyyənləşib.
Qeyd edək ki, hər iki şirkət Azərbaycanda qızıl istehsalını həyata keçirən “AzerGold” QSC-nin mühüm podratçısıdır.













