“AzerGold”un mənfəəti xeyli artıbbackend

“AzerGold”un mənfəəti xeyli artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzerGold” QSC 2019-cu ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Məlum olub ki, şirkət  ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

NOCOMMENT.az “AzerGold” QSC-ə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 54,8% çoxdur.

Ötən il “AzerGold”un satışdan gəlirləri 86,2 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 47,6% çox), satışının maya dəyəri 55,7 milyon ABŞ dolları (42,9% çox), dəyərsizləşmə üzrə zərəri 5,7 milyon ABŞ dolları (3,6 dəfə çox), ümumi və inzibati xərcləri 4,9 milyon ABŞ dolları (30,1% çox), maliyyə xərcləri 3,8 milyon ABŞ dolları (8,55% az), digər xərcləri 1 milyon ABŞ dolları (69,6% çox), mənfəət vergisi ödəmələri isə 2,6 milyon ABŞ dolları (38,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 110,2 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,6% azalaraq 82,6 milyon ABŞ dollarına, balans kapitalı isə 3 dəfə artaraq 27,6 milyon ABŞ dollarına, o cümlədən nizamnamə kapitalı 5,5 dəfə artaraq 7,2 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, “AzerGold” ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.