Azərişıq İTTİHAMLARA cavab verdi: Sayğaclara müdaxilə etmək mümkün deyilbackend

Azərişıq İTTİHAMLARA cavab verdi: Sayğaclara müdaxilə etmək mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq ASC-nin sayğacları oflayn rejimdə işləyir. Sayğacların parametlərini dəyişdirmək mümküm deyil. İnformasiya sisteminə isə kənar müdaxilə ola bilməz”.

NOCOMMENT xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərişıq ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

“Azərişıq-ın abonentlərlə münasibətində informasiya məhdudlaşması qətiyyən yoxdur. Çap olunmuş bildirişlərdə bütün məlumatlar əks olunur. Sayğaclardakı əks olunan enerji sərfiyyatının artımı abonentlərin istifadə etdikləri soyuducu və digər avadanlıqların güc və texniki parametlərindən asılıdır”, – deyə V.Nəbibəyli qeyd edib.