AZƏRİŞIQ yaşayış kompleksinin SUYUNU KƏSDİbackend

AZƏRİŞIQ yaşayış kompleksinin SUYUNU KƏSDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC-nin Sabunçu rayon İdarəsi bu gün 1800 ailənin məskunlaşdığı “Uğur 2” yaşayış kompleksinin sakinlərini susuz qoyub.

Ələsgər Bədəlov

NOCOMMENT.az xəbər verir bu barədə qəsəbə sakini, jurnalist Anar Məmmədov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qəsəbənin su verilişin dayandırılması yaşayış kompleksinin su ilə təmin edən nasosun elektrik enerjisinə görə borcunun olması ilə əlaqələndirilib.

İş günün sonu olduğundan “Azərişıq” ASC-dən sözügedən məsələyə münasibət öyrənə bilmədik.

Qeyd edək ki, “Azərişıq” ASC-nin Sabunçu rayon idarəsinin rəisi Mingəçevir şəhərinin keçmiş polis rəisi Ələsgər Bədəlovdur. Görünür sabiq polis rəisi fəaliyyət sahəsini dəyişsə də cəzalandırma üsulunu dəyişə bilməyib.