Azərsu abonentlərə müraciət etdibackend

Azərsu abonentlərə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

Anar Cəbrayıllı
Anar Cəbrayıllı

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı özünün sosial hesabında paylaşım edib:

Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür.

Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər.”

Qeyd edək ki, mexaniki sayğaclarda 01.02.2021 tarixinə qədər olan mövcud göstəricilərin necə qeydə alınacağı ilə bağlı heç bir məlumat verilmir.