“Azpetrol” məhkəməyə verildibackend

“Azpetrol” məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpetrol LTD” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

NOCOMMENT xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə tərtib olunub.

Protokol Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, Azpetrol.Ltd MMC şirkətinin Baş direktoru Məmmədov Ceyhun Əhməd oğludur. Hazırda “Azpetrol” Azərbaycanda ən geniş YDM şəbəkəsinə malikdir. Şirkət 93 YDM və 3 qazdoldurma stansiyasına malikdir (qaynarinfo.az).