Quterreş İsrail və HƏMAS-a çağırış edibbackend

Quterreş İsrail və HƏMAS-a çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antonio Quterreş İsrail və HƏMAS-a razılığa gəlməklə bağlı çağırış edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Quterreş bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Mən İsrail hökumətinə və HƏMAS rəhbərliyinə razılığa gəlmək və bu əzabları dayandırmaqla bağlı təcili çağırışımı təkrar edirəm. Rəfahda genişmiqyaslı hərbi əməliyyatın qaçılmaz ola biləcəyinə dair əlamətlər məni dərindən narahat edir. Mülki şəxslərin müdafiəsi beynəlxalq humanitar hüquqda hər şeydən üstündür”, deyə BMT-nin Baş katibi qeyd edib.